“Google”un yaradıcısı evləndi

Dünya

04.10.2019 - 04:32

46 yaşlı milyarder evlənib 

 

"Google” kompaniyasının həmtəsisçisi, milyarder Sergey Brin “ClearAccessIP” kompaniyasının təsisçisi və baş direktoru Nikol Şanaxanla ailə həyatı qurub. 

 

AYNA “Qafqazinfo”ya istinadən məlumatına görə, 46 yaşlı milyarder Sergey Brin və 34 yaşlı Nikol Şanaxanın toyu dəbdəbədən uzaq keçirilib. Nikah mərasiminin keçirilməsi haqda yalnız cütlüyün yaxınları məlumatlı olub. 

 

Amerika KİV yazır ki, cütlük iki illik münasibətdən sonra ailə həyatı qurub. Ötən ilin sonunda Brin və Şanaxanın qız övladları dünyaya gəlib.

 

Müəllif: Ayna.az