Əfqanıstan öz Prezidentini seçir

Dünya

27.09.2019 - 16:53

Talibanın nəzarətində olan şəhərlərdə təhlükəsizlik səbəbi ilə vətəndaşlar səsverməyə qatılmayacaqlar

 

Taliban hücumlarının davam etdiyi Əfqanıstanda vətəndaşlar yeni prezident seçmək üçün sabah seçki məntəqlərinə yola düşəcəklər. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 13 milyon seçicisi olan ölkədə 9 milyon 600 min nəfər seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçib.

 

Əfqanıstan Azad və Ədalətli Seçki Vəqfinin son açıqlamasına görə, sabah keçiriləcək seçkilərdə qeydiyyatdan keçən seçicilərin yarısının iştirak etməmək ehtimalı var. Açıqlamda o da bildirilib ki, ölkədə yaşayan miqrantlar da səsvermə hüququndan məhrum olacaqlar.

 

Əfqanıstan Müdafiə nazirliyi bildirib ki, ölkənin 34 əyalətində seçki məntəqəsi fəaliyyət göstərsə də, Talibanın nəzarətində olan şəhərlərdə təhlükəsizlik səbəbi ilə vətəndaşlar səsverməyə qatılmayacaqlar.

 

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Əfqanıstanda 40-dan ərazi Talibanınn nəzarəti, 100-dən çox ərazi isə təhlükəsi altındadır.

Müəllif: Ayna.az