Yaralananlardan ikisinin vəziyyəti ağırdır
ABŞ-ın Ohayo ştatının Toledo şəhərində keçirilən ənənəvi “Old West End” festivalı yaxınlığında silahlı insident baş verib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qəfildən azı iki nəfər bir-birinə atəş açmağa başlayıb və nəticədə ətrafdakı insanlar da güllələrə tuş gəlib.
Toledo polisi atışmada 12 nəfərin yaralandığını təsdiqləyib. Yaralananlardan ikisinin vəziyyəti ağırdır.