Kim Çen Inın dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək
Çin lideri Si Cinpin Şimali Koreyaya dövlət səfəri edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Şimali Koreya lideri Kim Çen Inın dəvəti əsasında baş tutan səfər iki gün davam edəcək.
Bu, Çin liderinin bu ildə ilk xarici səfəri olmaqla yanaşı, həm də onun Çin lideri kimi Şimali Koreyaya 2-ci səfəridir. Bundan əvvəl, o 2019-cu ildə Şimali Koreyada səfərdə olub.