“Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır”
Demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və sülh üçün bir vasitədir. AYNA.AZ erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan jurnalistlərlə söhbətində deyib.
Paşinyan seçkilərin regiona necə təsir göstərəcəyi ilə bağlı suala cavab olaraq deyib: "Regional dinc gələcəyimizə əminəm. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq. TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır”.
O Rusiya ilə münasibətlərdə gərginlik görmədiyini, bunun süni olduğunu bildirib: "Rusiya ilə münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Bu isə sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır".
Xatırladaq ki, bu gün Ermənistanda 18 siyasi qüvvənin - 2 blokun və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir.