“Airbus” A320 tarixdə ən çox istehsal edilən sərnişin təyyarəsi oldu

Dünya

08.10.2025 - 11:25

1988-ci ildən bəri tədarük edilən A320 təyyarələrinin ümumi sayı 12 min 260 ədədə çatıb

Fransanın “Airbus” şirkətinin A320 təyyarəsi dünyanın ən çox istehsal edilən sərnişin təyyarəsi olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Snob.ru” saytı “Cirium” analitik şirkətinə istinadən məlumat yayıb.

Analitiklərin fikrincə, 1988-ci ildən bəri tədarük edilən A320 təyyarələrinin ümumi sayı 12 min 260 ədədə çatıb. Bu o deməkdir ki, “Airbus” ilk dəfə bir neçə onilliklər ərzində liderlik edən “Boeing” 737-ni ötüb.

“Airbus” nailiyyətlə bağlı şərh verməkdən imtina edib. Ekspertlər qeyd edirlər ki, bu nəticə dünyanın iki ən böyük təyyarə istehsalçısı arasında uzun müddət davam edən rəqabətdə simvolik məqamdır.

“Airbus” dünyanın aparıcı aerokosmik şirkətlərindən biridir. Onun strukturuna “Airbus” SAS (sərnişin təyyarələri), “Airbus Defence and Space” (hərbi kosmos bölməsi) və “Airbus Helicopters” (vertolyotlar) bölmələri daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş