Çin ordusu etirazçılara xəbərdarlıq edir

Dünya

01.08.2019 - 15:43

“Meydana çıxan hadisələr şiddət və zorakılığın əsasını qoya bilər”

 

Honq Konqda Çin əleyhinə etiraz aksiyaları keçirilir. Bu ölkədəki Çin hərbi qarnizonunun komandiri aksiyaçılara zorakılığa yol verməmələri yönündə xəbərdarlıq edib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, Çinin Xalq Qurtuluş Ordusunun (PLA) 92-ci ildönümünü qeyd etmək üçün şəhərdə keçirilən tədbirdə çıxış edən general-mayor Chen Daoxiang, Honq Konq hökumətini və məhkəmə sistemini tənqid edib. O, hökuməti etirazçıları cəzalandırmamaqda ittiham edib.

 

“Son zamanlarda Honq Konqda meydana çıxan hadisələr şiddət və zorakılığın əsasını qoya bilər. Baş verən hadisələr “bir ölkə, iki sistem” prinsipinə ciddi şəkildə xələl gətirir. Buna əsla icazə verə bilməri”, - deyə PLA-nın komandiri qeyd edib.

Müəllif: Ayna.az