Danimarka Trampın Qrenlandiyanı almaq ideyasına sərt reaksiya verdi

Dünya

16.08.2019 - 23:53

Həkimlər Klinikalar SEO Xidməti
“Özü də həmin ərazilərdə öz vətəndaşların yaşayırsa...”
 
Xəbər verildiyi kimi bu gün “The Wall Street Journal” qəzetində ABŞ-ın Qrenlandiya adasını Danimarkadan satın almaq niyyəti barədə xəbər çıxıb. AYNA musavat.com-a istinadən xəbər verir ki, bununla bağlı gedən informasiyalara artıq Kopenhagendən reaksiyalar, özü də olduqca sərt formada gəlməyə başlayıb.
 
Danimarka parlamentini deputatları bu cür təkliflərin ən az yersiz olduğunu qeyd ediblər. Müxalifətdəki milli-mühafizəkar Xalq parityası fraksiyasının üzvü Syoren Yespersen Donald Trampın dəli olduğunu söyləyib. O, Danimarkanın torpağını və üzərində yaşayan 50 min vətəndışını ABŞ-a satmaq fikrinin sərsəmlik olduğunu bildirib.
 
Ölkənin keçmiş baş naziri Lars Lekke Rasmussen özünün Tvitterdəki mikrobloqunda ABŞ prezidentinin arzusunu acı istehza ilə tənqid edib: “Bu, deyəsən 1 aprel zarafatına oxşayır. Lakin bayırda hələ avuqstdur”.
 
Keçmiş xarici işlər naziri Martin Lideqaard XXI əsrdə torpaq satmaq barədə düşüncənin belə mümkün olmadığını qeyd edib: “Özü də həmin ərazilərdə öz vətəndaşların yaşayırsa...”
 
“Biz canlı insanlardan danışırıq. Siz Qrenlandiyanın müstəmləkə dövründəki kimi satılmasından danışa bilməzsiniz”, -deyə keçmiş nazir hiddətlə bildirib.
Müəllif: Ayna.az