Müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
Qazaxıstanın müdafiə naziri Aydos Mırzaxmetov ikitərəfli hərbi əməkdaşlığı müzakirə etmək üçün ABŞ-ın Qazaxıstandakı səfiri Culi Stafft ilə görüşüb. AYNA.AZ qazax mediasına istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
"Qazaxıstan Respublikasının müdafiə naziri, general-mayor Aydos Mırzaxmetov ABŞ-ın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Culiya Stafft ilə görüşüb. Tərəflər ikitərəfli müdafiə əməkdaşlığının hazırkı vəziyyətini müzakirə ediblər", - deyə bəyanatda qeyd edilib.
Qeyd olunub ki, görüşdə Amerika səfirini ABŞ səfirliyinin müdafiə attaşesi polkovnik Kristofer De Steffino da müşayiət edib.