Rusiyadan Türkiyəyə növbəti jest

Dünya

27.09.2019 - 14:59

Elektron viza tətbiqindən faydalana biləcək ölkələr arasında Türkiyə də var

 

Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburq və Leninqrad şəhərlərinə səyahət üçün 1 oktyabrdan elektron vizaların alınması şərtlərini açıqlayıb.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, Rusiya XİN-dən verilən məlumata görə, səyahət tarixinə ən azı dörd gün qalmış turistlər Rusiya Xarici İşlər Nazirliyinin saytında elektron formanı dolduraraq pulsuz elektron viza ala bilərlər.

 

Elektron formayla bilrikdə fotoşəkil göndərilməsi tələb olunur. Bunlardan başqa turistdən başqa sənəd tələb olunmur. Elektron vizalar ən çox 30 gün müddətinə pulsuz veriləcək.

 

Elektron viza tətbiqindən faydalana biləcək ölkələr arasında Türkiyə də var.

 

Siyahıda, ümumilikdə bu ölkələr yer alıb: Avstriya, Andorra, Bəhreyn, Belçika, Bolqarıstan, Vatikan, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, Hindistan, İndoneziya, İran, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Qatar, Kipr, Çin (Tayvan daxil olmaqla), Şimali Koreya, Küveyt, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malayziya, Malta, Meksika, Monako, Hollandiya, Norveç, Oman, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya, Serbiya, Sinqapur, Slovakiya, Sloveniya, Filippin, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, İsveç, Estoniya və Yaponiya.

 

Qeyd edək ki, bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Xüsusi (Yaşıl) və xidməti (Boz) pasportlara sahib Türkiyə vətəndaşlarına viza rejimi tətbiqinə son qoyulmasını nəzərdə tutan sərəncam imzalamışdı. Putinin imzaladığı Fərmanla xüsusi (Yaşıl) və xidməti (Boz) pasportlara sahib olan Türkiyə vətəndaşlarından Rusiyaya səhayətlərində viza tələb edilməyəcək. Adi pasaport sahiblərinə viza rejimi tətbiqi davam edəcək.

Müəllif: Ayna.az