İran və BƏƏ XİN başçıları regional vəziyyəti müzakirə ediblər

Dünya

06.11.2026 - 21:18

Nazirlər telefon söhbəti zamanı tərəflər son regional hadisələri nəzərdən keçiriblər

İranın xarici işlər naziri Abbas Əraqçi və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan telefon danışığı aparıblar.

AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında qeyd edilib.

Bildirilib ki, nazirlər regiondakı vəziyyəti müzakirə ediblər. Söhbət zamanı tərəflər son regional hadisələri nəzərdən keçiriblər.

Abdullah bin Zayed bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün gərginliyin azaldılmasının və diplomatik səylərin irəlilədilməsinin vacibliyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş