Böllmə yenilənmiş rotasiya çərçivəsində gəlib
ABŞ hərbi bölməsi yenilənmiş rotasiya çərçivəsində Estoniyaya gəlib. AYNA.AZ xəbər verir ki, bu barədə ERR portalı Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Portal müdafiə naziri Martin Heremdən sitat gətirərək bildirib ki, "ABŞ ordusunun 4-cü Süvari Alayının 5-ci Eskadrilyasının “Apaçi” dəstəsinin ön dəstəsi və hərbi texnikası doqquz aylıq rotasiya çərçivəsində Estoniyaya gəlib".
Yayda ABŞ əvvəlki kontingentini Estoniyadan geri çəkib və gələcək mövcudluğu barədə daha heç bir bildiriş verməyib. Ovaxtkı müdafiə naziri Hanno Pevkur qeyd etmişdi ki, fasilə Pentaqonun Avropadakı güc balansını nəzərdən keçirməsi ilə bağlıdır.