“Son 5 ildə peşə təhsili müəssiələrinə qəbul 70 faiz artıb”
Cari tədris ilində 28 min şəxs peşə təhsili müəssiələrinə qəbul edilib. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Peşəfest 2026" layihəsinin bağlanış tədbirində çıxışı zamanı bildirib.
O bildirib ki, son 5 ildə peşə təhsili müəssiələrinə qəbul 70 faiz artıb: “Son 5 ildə peşə təhsili müəssisələrinə qəbul olunanlarıns ayı 28 mindən 52 minədək artıb. Sevindirici haldır ki, peşə təhsilində qızların iştirakı artıb”.
O bildirib ki, qəbulların 70 faizi regionların payına düşür: “Regionlarda müasir standartlara malik peşə təhsil müəssiələri fəaliyyət göstərir”.