Bakıda keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammitin yekununda nazirlər arasında keçirilən dialoqlar və innovativ həllər əsasında formalaşan əsas prioritetləri özündə birləşdirən Bakı Kommunikesi elan olunub.
AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, sənəd dövlət idarəçiliyinin təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi və gələcəyin çağırışlarına uyğun çevik, dayanıqlı və vətəndaşyönümlü idarəetmə sistemlərinin formalaşdırılması üzrə əsas yanaşma və prioritetləri əhatə edir.
Eyni zamanda, dövlət xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, süni intellekt və innovativ texnologiyaların tətbiqi, insan hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətləri üzrə tövsiyələri özündə əks etdirir.