mənim belə bir narahatlığım yoxdur və belə bir problemin mövcudluğunu göstərən heç bir obyektiv fakt yoxdur”
“Türkiyə ilə Ermənistan arasında yaxın gələcəkdə diplomatik münasibətlər qurulacağına əminəm”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Üçüncü Dünya Erməni Sammitinin iştirakçılarının suallarını cavablandırarkən deyib.
“Əlbəttə ki, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar, amma əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin tanınması ilə qurulacaq. Düşünürəm ki, bu, qəbul etməli olduğumuz bir faktdır. Hər halda, mənim belə bir narahatlığım yoxdur və belə bir problemin mövcudluğunu göstərən heç bir obyektiv fakt yoxdur”, - deyə Paşinyan bildirib.