Rutte: “Ukraynadakı münaqişə kompromis sülhlə başa çatacaq”

Dünya

06.11.2026 - 15:10

"Bu cür müharibələr həmişə sülh müqaviləsi ilə başa çatır”

NATO-nun baş katibi Mark Rutte Ukraynadakı münaqişənin qalibin müəyyən edilmədən sülh müqaviləsi ilə başa çatacağını iddia edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

"Bu cür müharibələr həmişə sülh müqaviləsi ilə başa çatır ki, bu da çox vaxt bir növ kompromisdir", - Rutte deyib.

O, İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Avropanın Rusiyaya qarşı ayıq-sayıq qalmalı olduğunu bir daha xatırladıb. Eyni zamanda, NATO-nun baş katibi Moskvadan birbaşa təhdidin olmamasını qeyd edib. Bununla belə, Rutte deyib ki, hərbi əməliyyatlar bitdikdən sonra "böyük bir ordu boş yerə mövcud olmayacaq".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş