"Qarabağ, sən dirçəlirsən!" - VİDEO

Xəbərlər

06.11.2026 - 14:18

Fləşmob təşkil olunub

"Qarabağ, sən dirçəlirsən!" adlı fləşmob təşkil olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd olunub ki, fləşmob 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilib.

Şuşa şəhərinə köçmüş sakinlərin iştirakı ilə reallaşan fləşmobda işğaldan azad olunmuş Qarabağın dirçəlişi və qalib xalqın ruh yüksəkliyi nümayiş etdirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş