Sahildə şortik soyunmağın bədəlini ağır ödətdirdilər
Dənizdən çıxdıqdan sonra camaatın gözü önündə şortikini aşağı endirən gənci ətrafdakı şəxslər döyüblər. AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, xoşagəlməz hadisə Bodrumda baş verib.
Adı açıqlanmayan şəxs dənizdən çıxdıqdan sonra duşa girərkən şortikini çıxarıb. Sahildəki vətəndaşlar isə bu hərəkətinə görə həmin şəxsi döyüblər.
İddiaya görə, həmin şəxs içkili olub və turistələri gəzdirən qayıqda da şortikini aşağı endirib, turistləri qəzəbləndirən hərəkətlər edib.
Vətəndaşların şikayətindən sonra polis tərəfindən aparılan şəxs sonradan sərbəst buraxılıb.