“ABŞ hökumətinin Kubanı tabe etmək cəhdləri uğursuzluğa məhkumdur”

Dünya

06.11.2026 - 14:02

"ABŞ hökuməti öz vətəndaşlarını dinləmək əvəzinə, Kubaya qarşı yeni blokada tədbirləri elan edir”

“ABŞ hökumətinin Kubanı tabe etmək cəhdləri uğursuzluğa məhkumdur. Havana müstəqilliyini və suverenliyini müdafiə etməyə davam etmək niyyətindədir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri ölkənin xarici işlər naziri Bruno Rodriges Parrilla Vaşinqtonun yeni sanksiyalarına cavabında deyib.

Nazir “X”də yazıb: "ABŞ hökuməti öz vətəndaşlarını dinləmək əvəzinə, Kubaya qarşı yeni blokada tədbirləri elan edir, iqtisadiyyatını boğmağa və xalqımıza maksimum ziyan vurmağa çalışır. Bizi öz planlarına tabe olmağa məcbur etmək cəhdləri uğursuzluğa düçar olmağa davam edəcək və onlar müstəqilliyimizin və suverenliyimizin effektiv müdafiəsi ilə qarşılaşmağa davam edəcəklər".

Rodriges Parrilla xatırladıb ki, son 10 ay ərzində Kuba xalqı "ABŞ-ın iqtisadi blokadasının görünməmiş dərəcədə sərtləşdirilməsi, dəniz blokadasına bərabər olan enerji embarqosu və Kuba ilə ticarət əlaqələri saxlayan şəxslərə və təşkilatlara qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi ilə üzləşib".

Nazir vurğulayıb ki, "ABŞ Kubanı iqtisadi cəhətdən boğmağa yönəlmiş müharibəsini qeyri-insani həddə - kollektiv cəza həddinə çatdırıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş