ABŞ Çindən konsulluğunu bağlamağı tələb edib

Dünya

22.07.2020 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Pekin isə ABŞ-ı səhvini düzəltməyə və qərarı ləğv etməyə çağırıb

 

ABŞ Çindən Hyustondakı Baş Konsulluğun 72 saat ərzində bağlanmasını tələb edib. Bu barədə AYNA "Reuters"ə istinadən xəbər verir.

 

Qeyd olunur ki, Çin Xarici İşlər Nazirliyi məlumatı təsdiqləyib. Nazirlik qərarı siyasi təxribat, beynəlxalq hüququn və Çin-Amerika konsulluq müqaviləsinin ciddi şəkildə pozulması sayıb. Pekin isə ABŞ-ı səhvini düzəltməyə və qərarı ləğv etməyə çağırıb. Əks halda Çin qisas alınacağını bildirib.

 

Qeyd edək ki, bundan əvvəl Hyustonda yerli sakinlər Çinin Baş Konsulluğunun yerləşdiyi binaya yanğınsöndürən çağırıblar. Diplomatlar həyətdə sənədləri yandırıb, yanğınsöndürənlərə içəri daxil olmağa icazə verməyiblər.

 

Xatırladaq ki, Hyustondakı Baş Konsulluq Çinin ABŞ-dakı altı diplomatik nümayəndəliyindən biridir. Qalan nümayəndəliklər Vaşinqton, Nyu-York, Çikaqo, Los Anceles və San-Fransiskoda yerləşir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş