Tramp İngiltərə səfirinə hücum edib

Dünya

08.07.2019 - 22:36

Darroç ABŞ prezidenti Donald Trampı “bacarıqsız" adlandırıb


ABŞ Prezidenti Donald Tramp İngiltərənin Vaşinqtondakı səfiri Kim Darroçun mediaya sızmış yazışmalarına görə "İngiltərəyə yaxşı xidmət etmədiyini" söyləyib.
 

Bazar günü Nyu-Cersidəki jurnalistlərə müsahibə verən Tramp bunları deyib: "Səfirinin İngiltərəyə yaxşı xidmət etmədiyini sizə deyə bilərəm. O adama məhəl qoymuruq, İngiltərəyə də yaxşı xidmət etmədi. Haqqında bəzi şeylər deyə bilərəm, amma onu məhəl qoymuram".

 
İngiltərə hökumətinin bu gün erkən saatlarda verdiyi bəyanatda yazışmaları kimin yaydığını tapmaq üçün istintaq başlanıldığını bildirib. Xarici İşlər Nazirliyi də bunları bildirib: "Vaşinqtondakı komandamızın Ağ Evlə güclü əlaqələri var və şübhəsiz ki, bu cür yersiz hadisələrdən əlaqələrimiz təsir görməyəcək".

 

Məsələdən agah olan bir mənbənin yazdığına görə, İngiltərə səfirliyi cümə günü Ağ Evi yazışmaların həftə sonu dərc olunacağına dair məlumatlandırıb. Hər iki tərəf həftə sonuna qədər əlaqədə olub.

 

Qeyd edək ki, səfir Darroçun ABŞ prezidenti Donald Tramp haqqında “bacarıqsızdır və vəzifəsini utanc içində sonlandırma riski var” şəklində hesabat yazdığı iddia edilb. O, Tramp haqqında fikirlərini ifadə edən diplomatik yazışmalardan birində isə “Tramp hakimiyyətinin əsasən daha normal, daha az funksional, daha az təxmin edilməz, daha az ehtirassız, diplomatik olaraq da daha az bacarıqsız olacağına inanmırıq” qeydini yazıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə