Tramp Bağdadini "ələ verən" iti Ağ Evə dəvət edib

Dünya

30.10.2019 - 07:10

İt əməliyyat zamanı yüngül yaralanıb

 

ABŞ prezidenti Donald Tramp İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin məhv edilməsi üzrə əməliyyata kömək etmiş iti Ağ Evə dəvət edib. AYNA xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Adı açıqlanmayan rəsmi şəxsin mətbu orqana verdiyi məlumata görə, ABŞ prezidenti iti görmək istəyib. Bundan əvvəl isə Tramp özünün "Twitter"dəki səhifəsində itin fotosunu paylaşaraq onun xidmətlərini qeyd edib.

 

Qeyd edək ki, it əməliyyat zamanı yüngül yaralanıb və hazırda bərpa dövrünü keçir.

 

Bəzi məlumatlara görə, itin ləqəbi "Konan"dır. Onu Amerikanın komik ustası Konan O Brayenin adı ilə belə adlandırıblar.

Müəllif: Ayna.az