ABŞ-da dəhşətli yanğın baş verib, xeyli sayda ölü var

Dünya

02.09.2019 - 17:59

Ən az 34 nəfərin həyatını itirdiyi bildirilir

 

ABŞ-ın Kaliforniya ştatının Ventura rayonunun sahillərində yerləşən bir gəmidə yanğın baş verib.


AYNA xairic mediaya istinadən xəbər verir ki, Ventura yanğın söndürənlərinin məlumatında gəmidəki yanğında, ən az 34 nəfərin həyatını itirdiyi bildirilir. 

 

Sahil təhlükəsizliyi xidməti Ventura sahillərində xilasetmə işlərinin başlanıldığını açıqlayıb.
 
 
Sahil təhlükəsizlik xidmətinin "Twitter" hesabından verdiyi açıqlamada, "Sanda Cruz adası yaxınlığındakı 75 metrlik gəmidə 30-dan çox adama kömək etmək üçün yerli sahil təhlükəsizlik xidmətindən gələn dəstələrlə birlikdə xilas etmə işlərinə başladıq", - deyə qeyd olunub. 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə