Hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb
Türkiyənin Sakarya vilayətinin Hendek rayonunda yerləşən pirotexniki vasitələrin istehsalı fabrikində baş vermiş partlayışdan sonra dağıntılar altından daha iki nəfərin cəsədi çıxarılıb. AYNA qardaş ölkə KİV-inə istinadən xəbər verir ki, bununla da hadisə nəticəsində həlak olanların sayı 6-ya çatıb.
Sakarya valisi Çetin Oktay Kaldırım bildirib ki, hazırda dağıntılar altında qaldığı ehtimal edilən bir nəfərin axtarışlarının davam etdirilir: “Partlayış zamanı xəsarət alan 122 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 114-ü artıq evə buraxılıb. Digər işçilərdən beşinin vəziyyəti normal, üçünün isə orta ağır olaraq qalır”.
Qeyd edək ki, güclü partlayış iyulun 3-də baş verib.