Ərəb ölkəsində şiddətli qarşıdurmalar yaşanır

Dünya

22.10.2019 - 13:37

Livan ordusu etirazçılara xəbərdarlıq edib: Sərt cavabla qarşılaşacaqsınız

 

Livanın Beyrut şəhərində başlayan nümayişlər davam edir. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, şəhərin Riad Solh meydanında etirazçılarla polislər arasında növbəti dəfə qarşıdurma baş verib.

 

Livan ordusundan verilən məlumata görə, etirazçılar hücumları davam etdirəcəkləri təqdirdə, sərt cavabla qarşılaşacaqlar.

 

Livan parlameninin sədri Nabih Berri və “Hizbullah” terror təşkilatının rəhbərlik etdiyi “Amal” qruplaşmasına aid 200 nəfərlik nümayəndə heyəti də Beyrut küçələrində gəzərək vəziyyətə nəzarət edir.

 

Qeyd edək ki, Livanda hökumətin səriştəsiz idarəetməsinə qarşı bir neçə gün öncə nümayişlər başlayıb və hökumətin istefası tələb olunur.

Müəllif: Ayna.az