Müsəlman lider dəfn olundu

Dünya

18.06.2019 - 10:44

Misirin birinci prezidenti Məhəmməd Mursinin cənazəsi Qahirə şəhərində dəfn olunub. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Məhəmməd Mursinin dəfn olunduğu məzarlığda sıx təhlükəsizlik tədbirləri görülüb.

 

Mursinin cənazəsi Qahirənin şərqindəki Medinet Nasr bölgəsində yerləşən, Müsəlman Qardaşları Təşkilatının rəhbərlərinin dəfn edildiyi qəbiristanlıqda torpağa verilib.

 

Misir vaxtilə saat 05.00-da gerçəkləşən dəfn mərasiminə Mursinin ailəsindən və vəkillərindən başqa heç kim qatılmayıb.

 

Qeyd edək ki, Misirin demokratik üsullarla seçilmiş ilk Prezidenti Məhəmməd Mursi dünən məhkəmə salonunda vəfat edib. O, casusluqda ittiham olunurdu.

Müəllif: Ayna.az