Türkiyədə karantin rejimi ilə bağlı bəzi qadağalar ləğv edilir
Türkiyədə bu gündən etibarən tibbi maska taxmaq və sosial məsafəni gözləmək şərtilə bütün məscidlərdə camaat namazının qılınmasına başlanılır.
AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Dini İşlər üzrə İdarəsinin sədri Əli Ərbaş sosial şəbəkədə yazıb.
O, məscidlərdə kütləvi şəkildə namaz qılınmasına qoyulan qadağanın aradan qaldırılacağını bəyan edib.