Netanyahu Qəzzaya qarşı əməliyyatların hər an başlaya biləcəyini bildirib
İsrailin Baş naziri Benyamin Netanyahu Rusiyanın Soçi şəhərində Rusiya Prezidenti Valdimir Putin ilə görüş keçirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu baş tutan görüşdə İsrail-Fələstin gərginliyi ilə bağlı açıqlamalar söyləyib.
Netanyahu İsraildə qarşıdan gələn seçkilərin Qəzzaya istiqamətlənən əməliyyatların qarşısını ala bilməycəyini bildirib.
O, Qəzzaya qarşı əməliyyatların hər an başlaya biləcəyini bildirib: "Qəzzadakı terrorçu qüvvələrə qarşı müharibə elan etmək və Həmas rejimini süquta uğratmaqdan başqa çarəmiz yoxdur"