Pakistanda terror: Ölülər və yaralılar var

Dünya

31.07.2019 - 07:23

Hədəf polis avtomobili olub

 

Pakistanın Kvetta şəhərində bazarda törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. AYNA “Report”-a istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildirib.

 

Partlayışın hədəfi polis avtomobili olub. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbi araşdırılır.

Müəllif: Ayna.az