62 nəfərin həyatını xilas etmək mümkün olub
Flippinin Visayan adasında hərəkət edən qayıq qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, pis hava şəraitinin səbəb olduğu qəzada 31 nəfər ölüb.
Yerli mətbuatadan verilən xəbərə görə, xilasetmə qruplarının araşdırması nəticəsində 62 nəfərin həyatını xilas etmək mümkün olub.
Qəzadan sonra sağ qalanlar hadisənin qəfil baş verdiyini, külək və yağış nəticəsində gəmilərin xəsarət aldığını qeyd ediblər.