Türkiyədə 5,2 bal gücündə zəlzələ olub

Dünya

29.06.2020 - 01:27

Həkimlər Klinikalar SEO Xidməti

Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur

 

Türkiyədə zəlzələ baş verib. AYNA xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələ Muğla vilayətində qeydə alınıb. Rixter cədvəli üzrə 5,2 bal gücündə olan zəlzələnin episentri Marmarisdədir.

 

Yeraltı təkanlar yerli vaxtla saat 20:43-də qeydə alınıb. Zəlzələ İzmir, Bursa və digər yaxın ərazilərdə də hiss edilib. Dağıntı və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş