Tarixdə ilk dəfə iki qadın astronavt açıq kosmosa çıxıb

Dünya

19.10.2019 - 12:38

Jessika Meir və Kristina Koch kosmosda olublar

 

Kosmosa növbəti dəfə iki amerikalı qadın uçub

 

AYNA xəbər verir ki, ABŞ-dan olan Cessika Meir və Kristina Kuk, NASA-nın sadəcə 2 qadından ibarət qrupu kosmosda olub. NASA TV görüntülərinə görə, kosmonavt qadınlar kosmos stansiyasından kənara da çıxa biliblər.

 

Məlumatda bildirilir ki, kosmasa səyahət bu il NASA tərəfindən reallaşdırılan 7-ci uçuşu olub. Daha əvvəl kadın kosmonavtların uçuşu  xüsusi geyim olmadığı səbəbindən təxirə salınmışdı.

 

Xatırladaq ki, 1963-cü ildə kosmosa uçan ilk qadın rus kosmonavt Valentina Tereşkova, 1984-cü ildə isə kosmosda fəzada yeriyən ilk qadın isə Savıtskaya olub. 


Məlumat üçün bildirək ki, NASA-nın məlumatına görə, 1998-ci ildən bəri Beynəlxalq Kosmos Stansiyası tərəfindən 213 səyahət həyata keçirilib, kosmosa göndərilən 500 nəfərdən yalnız 11%-i qadın olub.

 

Müəllif: Raminə Eyvazqızı