Müsəlman ölkəsində zəlzələ olub

Dünya

18.09.2019 - 21:50

İlkin məlumatlara görə, infrastruktura ciddi ziyan dəysə də, ölən və yaralananlar yoxdur

 

İndoneziyada güclü zəlzələ baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, 5.6 bal gücündəki zəlzələ bir sıra ərazilərə ziyan vurub.

 

İndoneziya Meteorologiya, İqlim və Geofizika İnsitutundan verilən açıqlamada, zəlzələnin Talaud adalarına aid olan Melonquane şəhərinin 150 kilometr şimal-şərqində, yerin 10 kilometrliyində qeydə alındığı bildirilib.

 

İlkin məlumatlara görə, infrastruktura ciddi ziyan dəysə də, ölən və yaralananlar yoxdur.

 

Qeyd edək ki, İndoneziyada tez-tez güclü yeraltı təkanlar qeydə alınır. Keçən il baş verən zəlzələdə isə 4 mindən çox insan dünyasını dəyişmişdi.

Müəllif: Ayna.az