Rusiya tərəfi: “Bununla bağlı heç bir sübut yoxdur"
İngiltərə, ABŞ və Kanada Rusiyanı peyvənd oğurluğunda ittiham edib.
AYNA xəbər verir ki, sözügedən ölkələrin iddiasına görə, Rusiya kəşfiyyat idarəsinin bir hissəsi olduğu deyilən və "Cozy Bear" kimi tanınan APT29 haker qrupu koronavirus peyvəndi hazırlayan elm adamlarına kiberhücum edib və onların məlumatlarını ələ keçirib.
Rusiya tərəfi isə iddiaların əsassız olduğunu bildirib: “Bununla bağlı heç bir sübut yoxdur. Həmin ölkələrin ittihamları əsassızdır ”.