Dünyanın ən varlı avtomobil biznesmenlərinin adları açıqlandı

Dünya

13.10.2019 - 13:26

Bill Qeyts ən varlı avtomobil biznesmenidir 

 

"Bloomberg" agentliyi dünyanın ən zəngin avtomobil istehsalçılarına və dilerlərə malik insanların reytinq siyahısını açıqlayıb.

 

AYNA xəbər verir ki, siyahıda birinci yerdə "Microsoft"un yaradıcısı Bill Qeyts qərarlaşıb. Onun "AutoNation" avtodilerinin səhm paketinin dəyəri 914,55 milyon avro və ya 105 milyard dollarlıq varidatının 0,9 faizini təşkil edir.

 

Siyahıda ikinci yeri "Tesla Inc" səhmlərinin ikinci ən böyük sahibi, "Oracle"ın banisi Larri Ellison tutur. Onun səhm paketinin dəyəri 730,77 milyon dollardır. Bu, Larri Ellisonun 58,5 milyard dollarlıq sərvətinin 1,3%-i deməkdir.

 

Siyahıda ondan sonra "Tesla"nın baş direktoru İlon Maskın adı qərarlaşıb. Onun səhmləri 8,3 milyard dollar qiymətləndirilir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9%-i).

 

Dördüncü yerdə inşaat maqnatı "Pallondji Mistri" qərarlaşıb. O, 302,7 milyon dollarlıq "Tata Motors Ltd" hind avtomobil istehsalı şirkətinin səhmlərinə malikdir.

 

Siyahıda 5-ci yerdə Suzanna Klattenin adı qeyd edilir. Onun BMW-yə aid səhmlərinin dəyəri 8,76 milyard dollardır.

 

Müəllif: Ayna.az