Çilidə minlərlə insan etiraz aksiyası keçirib

Dünya

02.11.2019 - 08:16

Bakedano meydanına 12 min insan toplaşıb

 

Çilidə minlərlə insan etiraz aksiyası keçirib. AYNA "Report"a istinadən bildirir ki, sakinlər ölkə paytaxtında hökumətin sosial və iqtisadi sahədə yürütdüyü siyasətə etiraz ediblər. Lakin aksiyanın gedişatında polislə etirazçılar arasında toqquşmalar baş verib. 

 

Santyaqo şəhərinin meri özünün "Twitter"dəki səhifəsində bildirib ki, paytaxtın mərkəzindəki Bakedano meydanına 12 min insan toplaşıb. 

 

Qeyd edilir ki, aksiya dinc xarakter daşıyıb. Buna baxmayaraq yerli vaxtla saat 18:00-dən sonra polis aksiyaçıları dağıtmaq üçün xüsusi vasitələrdən istifadə edib. 

 

Məlumata görə, aksiya Santyaqonun digər yerlərində də keçirilir.

 

Müəllif: Ayna.az