Ölkədə daha 6 min 611 nəfər koronavirusa yoluxub
Son sutka ərzində Rusiyada 6 min 611 nəfər koronavirusa yoluxub. AYNA xəbər verir ki, sutkada 135 xəstə vəfat edib, 3 min 579 nəfər sağalıb.
Rusiyada pandemiya dövründə infeksiyaya yoluxanların ümumi sayı 687 min 862 nəfərə, sağalanların sayı 454 min 329 nəfərə çatıb, 10 min 296 pasiyent vəfat edib. Ölkə COVID-19 xəstələrinin sayına görə ABŞ, Braziliyadan və Hindistandan sonra dördüncü yerdədir.