Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunublar
Floridadakı bir ticarət mərkəzində partlayış nəticəsində 20 nəfərdən çox insan ciddi xəsarət alıb. AYNA Rusiya mətbuatına istinadən xəbər verir kihadisə ştatın Planteysn şəhərində "The Fountains" ticarət mərkəzində baş verib.
Partlayış nəticəsində binaya ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunublar.