Kremlin mətbuat xidmətinin rəhbəri V.Zelenskinin təklifini diqqətə alacaqlarını bildirib
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Valdimir Putini Belarusun paytaxtı Minskə dəvət edib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından Putinə, “Rusiya Prezidenti Vladimir Putinə səslənirəm. Danışmalıyıqmı? Bəli, danışmalıyıq. Krımın kimə aid olduğunu, Donbasda kimlərin yerləşdiyini müzakirə etməliyik” – deyə müraciət edib.
Ukrayna Prezidenti görüşdə digər tərəflərin də iştirakının əhəmiyyətli olduğunu bildirib: "Danışıqlarda bu şəxslərin də iştirakını təklif edirəm: ABŞ Prezidenti Donald Tramp, İngiltərə Baş naziri Tereza Mey, Almaniya Baş naziri Angela Merkel, Fransa Prezidenti Emanuel Makron, Belarus Prezidenti Aleksandr Lukaşenko”.
Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən V.Zelenskinin təklifini diqqətə alacaqlarını bildirib.
İki lider arasında görüşün keçirilməsi təşəbbüsü Ukrayna və Rusiya telekanalları arasında "Danışmaq lazımdır" adlı telekörpünün baş tutacağına dair elandan sonra ortaya çıxıb.