Rusiya Britaniyanın siyasi həyatına müdaxilə edib – <font color=red> HESABAT</font>

Dünya

21.07.2020 - 18:46

Həkimlər Klinikalar SEO Xidməti

Şotlandiyadakı referendumda Moskva separatçıların qələbəsində maraqlı olub

 

İngiltərə hökumətinin rəsmi saytında Rusiyanın ölkənin siyasi həyatına müdaxiləsi barədə hesabat yayımlanıb. AYNA xarici mediaya istinadən bildirir ki, bir il ərzində Britaniya Parlamentinin Kəşfiyyat Komitəsi Moskvanın müxtəlif seçki kampaniyalarına müdaxiləsini araşdırıb.

 

Doqquz fəsildən ibarət hesabatda kibertəhlükəsizlik, dezinformasiya yayılması və Britaniyadakı ruslar haqqında məlumatlar var. Mətndə göstərilir ki, rusiyalı oliqarxların qanunsuz vəsaitləri Londonda “yuyulub”. Vəsaitlərdən Kremlin siyasi təsirinin təbliğində istifadə edilib.

 

Bununla yanaşı, sənəddə Rusiyanın Şotlandiyanın müstəqilliyi ilə bağlı 2014-cü il referendumuna təsir göstərməyə çalışdığı iddia edilir. Bildirilir ki, həmin vaxt Moskva separatçıların qələbəsində maraqlı olub. Eyni zamanda ingilis millət vəkilləri Rusiyanın 2016-cı il referendumuna, Birləşmiş Krallığın Avropa Birliyindən çıxmasına müdaxilə etməsinə dair heç bir dəlil tapmayıblar.

 

Qeyd edək ki, sənəd 2019-cu ilin martında hazır olub. Lakin hökumət bir neçə dəfə hesabatı yaymağı təxirə salıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş