Türkiyə Rusiyaya bir neçə milyard dollar ödəyəcək

Dünya

29.10.2019 - 14:27

Moskva Ankaradan daha əlverişli qiymət tələb edə bilər

 

Türkiyə ilə Rusiya rəsmiləri “Su-35” döyüş təyyarələrinin alqı-satqısına dair intensiv danışıqlar aparır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə dünyanın ən qabaqcıl müdafiə sənayesi və texnologiya jurnallarından olan “Defence News” məlumat yayıb.

 

“Razılaşma elə də uzaq görünmür”, - deyə məqalədə qeyd olunur.

 

Türkiyəli rəsmilər bildiriblər ki, “Su-35” ruslar üçün strateji əhəmiyyətə malikdir: “Ehtimal olunur ki, Moskva hər təyyarəyə görə, təxminən 50 milyon dollardan 70 milyon dollara qədər pul istəyəcək. Buna görə Moskva “S-400” müqaviləsində olduğu kimi, Ankaradan daha əlverişli qiymət tələb edə bilər”.

 

Məlumata görə, Türkiyə Rusiyadan 48 ədəd “Su-35” almaq niyyətindədir.

Müəllif: Ayna.az