Ərdoğan noyabrın 13-də ABŞ-a gedəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Donald Trampla telefon söhbəti olub.
AYNA-nın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, telefon söhbətində hər iki ölkənin qarşılıqlı əməkdaşlığı və regional məsələlər müzakirə edilib.
Telefon söhbətində, həmçinin Türkiyə prezidentinin 13 noyabrda Vaşinqtona dəvəti bir daha təsdiqlənib.