Son sutkada 1526 nəfər koronavirusa yoluxub
Qazaxıstanda son sutkada 1526 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 84 min 648-ə çatıb. AYNA xarici mediaya istinadən bildirir ki, Qazaxıstanda koronavirusa yeni yoluxanların 870-i simptomatik, 656-ı asimptomatik daşıyıcıdır.
Ölkədə koronavirusdan son sutka ərzində 1833 nəfər sağalıb, ümumilikdə sağalan xəstələrin sayı 54 min 404 nəfərdir, 610 ölüm hadisəsi qeydə alınıb.