Putinə qarşı çıxan müxalifət liderini zəhərləyiblər - <font color=red> VƏKİL</font>

Dünya

29.07.2019 - 18:37

Navalnının naməlum kimyəvi maddə ilə zəhərləndiyi iddia olunur

 

Rusiya Prezidenti Vladimir Putinə qarşı çıxdığına görə tez-tez nəzarətə alınan müxalifət lideri Aleksey Navalnının səhhəti ilə bağlı açıqlama verilib. Rusiyalı rəsmilər allergiya diaqnozu ilə xəstəxanaya aparılan Navalnının sağlamlıq vəziyyətinin stabil olduğunu açıqlayarkən, həkim Anastasiya Vasilyevna onun həbsxanada zəhərlənmiş ola biləcəyini iddia edib.

 

Navalnının vəkili də müvəkkilinin zəhərləndiyini bildirib. O, sosial mediada yaydığı açıqlamada Navalnıda daha əvvəl heç bir allergiyanın olmadığına əmin olduğunu bildirərək, həbsxanada digər məhkumlarla eyni yeməyi yediyini ifadə edib.

 

Xəstəxanada Navalnını müayinə etməsinə icazə verilmədiyini qeyd edən vəkil Vasilyevna, "Üçüncü şəxslərin köməyi ilə naməlum kimyəvi maddələrlə zəhərlənməni istisna edə bilmərik", - deyə yazıb.

 

Rus müxalifətçinin qaldırıldığı 64 saylı xəstəxananın baş həkimi müayinə əsnasında Navalnıya "ümumi allergik reaksiya" diaqnozu qoyulduğunu bildirib.

 

Qeyd edək ki, cari il iyulun 24-dən bəri həbsxanada olan rusiyalı müxalif "kəskin allergik reaksiya" nəticəsində üzünün şişməsi və dərisində qızartılar yaranması səbəbilə həftəsonu xəstəxanaya qaldırılıb.

Müəllif: Ayna.az