PKK düşərgəsindən qaçan qadın müdhiş məlumat yayıb

Dünya

24.10.2019 - 17:32

Həkimlər Klinikalar SEO Xidməti

“Terrorçular 10 yaşdan yuxarı bütün uşaqları Türkiyə ordusuna qarşı silahlandırırlar”

 

PKK/YPG terror təşkilatına aid “Hol” düşərgəsindən qaçan, İŞİD üzvü olan bir qadın terrorçularla bağlı məlumat yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, qadın, terrorçuların 10 yaşdan yuxarı bütün uşaqları Türkiyə ordusuna qarşı silahlandırdığını iddia edib.

 

O, həmçinin bildirib ki, azyaşlı uşaqlar “Sülh çeşməsi” əməliyyatında Türkiyə Silahlı Qüvvələri (TSQ) və Suriya Milli Ordusuna (SMO) qarşı vuruşmaq üçün terrorçuların şiddətinə mərzu qalıblar. 

 

Qeyd edək ki, əslən Özbəkistan olan qadın, bir müddət Danimarkada yaşadıqdan sonra Türkiyəyə gəlib və ordan da Suriyaya gedərək İŞİD terror təşkilatına qoşulub. Sonradan kürd yaraqlılar tərəfindən əsir götürülüb.

Müəllif: Ayna.az