Koronavirusa yoluxanların sayı artmaqda davam edir
Özbəkistanda qeydə alınan koronavirusa yoluxma hallarının sayı 172 nəfər artaraq 16086 nəfərə çatıb. AYNA-nın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyi bildirib.
Koronavirusdan sağalmış xəstələrin ümumi sayı 9003-ə çatıb və hazırda 6984 nəfər müalicə olunur.
Səhiyyə Nazirliyi Özbəkistanda koronavirus pandemiyasının yayılması statistikasında yeni bir ölüm halını da açıqlayıb.