Tramp bu hərəkatı terror təşkilatı kimi tanıya bilər

Dünya

28.07.2019 - 11:20

"Polis öz işini rahat görə biləcək"

 

ABŞ prezidenti Donald Trampın administrasiyası amerikalı antifaşist hərəkatını terror təşkilatı kimi tanıya bilər.

 

AYNA  APA-ya istinadən xəbər verir ki, bu barədə prezident özünün “Twitter” səhifəsində yazıb.

 

“Gücsüz adamların başına beysbol dəyənəyi ilə vuran ağılsız və qorxaq sol radikalçıların “ANTIFA” hərəkatının, “MS-13” (ABŞ-da ən təhlükəli cinayətkar qruplaşmalardan biri) və digərlərinin terror təşkilatı kimi tanınmasının mümkünlüyü gözdən keçirilir. Polis öz işini rahat görə biləcək”, - deyə Tramp bildirib.

Müəllif: Ayna.az