Suriyada qarşıdurma: İdlibə hücum edilib

Dünya

19.08.2019 - 21:48

Qarşıdurmalar davam edir

 

Suriyada növbəti dəfə silahlı insident baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, İranın dəstəyi ilə bir qrup terrorçu İdlibə hücum etməyə cəhd edib.

 

Hazırda qarşıdurmaların Nimr şəhəri və ətraf rayonlarda davam etdiyi bildirilir.

 

Qeyd edək ki, hakimiyyətə bağlı olan qüvvələr də, keçən həftə Nimr şəhərini ələ keçirməyə çalışmışdılar.

Müəllif: Ayna.az