ABŞ-da təyyarə qəzası nəticəsində 2 nəfər ölüb
ABŞ-ın Konnektikut ştatında İkinci dünya müharibəsi dövrünə aid B-17 qırıcı təyyarəsi düşüb.
AYNA-nın "Qafqazinfo"ya istinadən məlumatına görə, insident Bredli aeroportunda baş verib. Yerə düşən təyyarə yanıb. Nəticədə azı 2 nəfər ölüb, bir neçə yaralı var. Göyərtədə ümumilikdə 13 sərnişin, o cümlədən 3 heyət üzvü olub.
Hadisənin səbəbləri öyrənilir.