Rusiya, İran və Türkiyə liderlərinin növbəti görüş yeri açıqlandı

Dünya

16.09.2019 - 23:56

Rusiya, İran və Türkiyə liderlərinin Suriyadakı vəziyyətlə bağlı 6-ci Sammiti Tehran şəhərində baş tutacaq

 

Bu barədə üç ölkə liderinin İran prezidenti Həsən Ruhaninin saytında dərc edilmiş birgə bəyanatında deyilir.

 

AYNA-nın məlumatına görə, mətndə qeyd olunub ki, prezidentlər Vladimir Putin, Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan növbəti üçtərəfli sammitin Tehranda keçirilməsinə dair razılığa gəliblər.

 

Bildirilib ki, sammitdə regional və beynəlxalq məsələlər, habelə müxtəlif sahələrdə əməkdaşlıq müzakirə ediləcək.

 

Açıqlamada İsrailin Suriya ərazisinə zərbələr endirməsi Yaxın Şərq bölgəsində gərginliyi artırdığı da bildirilib.

 

Müəllif: Ayna.az